SMM üzrə mütəxəssis

Vakansiya haqqında:

Əmək haqqı: 600 AZN
Yaş həddi: 23 – 35
İş rejimi: 10:00-19:00, Şənbə: qısa iş günüdür
İş yeri: Bakı
Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə

Vəzifə və öhdəlikləri:

- Sosial media hesabları və platformaları (Facebook, Instagram və s.) ilə işləmək;
- həftəlik və aylıq kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək;
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Şəbəkəyə gündəlik gələn şərh (rəy, mesaj) və soruğuları cavablandırmaq;
- Səhifəyə gələn sorğuları müvafiq şöbələrə yönləndirmək və ya cavablandırılmasını təmin etmək;
- Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və kifayət qədər sərbəst işləməyi bacarmaq;
- Bütün SMM kanallarına nəzarət etmək;
- Hesabatları hazırlamaq.

Tələblər:

- Təhsil : Ali;
- Yaş : 25-35;
- Sosial media sahəsində 1-3 il iş təcrübəsi;
- Azərbaycan və rus dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilmək;
- Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və yaradıcı düşünmə bacarığı;
- Sosial media planlama və idarəetmə təcrübəsi, sosial mediada aktivlik, işə yaradıcı yanaşma bacarığı;
- Komandada işləmək, təqdimatlar etmək və təhlil etmək bacarığı;
- Gündəmi izləmək, analiz etmək və araşdırma aparmaq qabiliyyəti;
- Windows, iOS əməliyyat sistemlərində, dizayn proqramı və əlavələrində işləmək bacarığı;
- Facebook, LinkedIn, Instagram və YouTube üzrə istifadəçi təcrübəsi, digital reklam idarəetmə bacarığı və qrafik dizayn bacarığı (Adobe Photoshop, Adobe Illustrator)

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “SMM ÜZRƏ MÜTƏXƏSSIS” qeyd edərək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərməyiniz xahiş olunur.

Ünvan: Azərbaycan, Bakı, Dilarə Əliyeva küç., 251, AZ 1014.