Sürücü (Quba)

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vakansiya: Sürücü (Quba)

Tələblər:

• Sürücülük təcrübəsi- 3 ildən artıq
• B,C kateqoriyalı sürücülük vəsiqəsi
• Yük maşınlarını idarə etmə təcrübəsi

Vəzifələr:

• Elektron və digər əşyaların nəqliyyat vasitəsi ilə ünvanlara çatdırılması
• İşlə əlaqədar birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqları icra etmək

İş barədə məlumat

• Əmək məcəlləsinə uyğun sənədləşmə
• İş qrafiki: I-VI günlər

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:

https://jobs.talhunt.az/kontakt/357-s%c3%bcr%c3%bcc%c3%bc+(quba)