Təchizatçı

Şirkət haqqında:

2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, öz sektorunun lideri olan bir şirkətdə karyeranızı qurmaq və ya davam etdirmək iştəyirsinizə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə: Təchizatçı

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Minimum 2 il
Təhsil: Ali təhsil
Yaş həddi: 25 və ya üzəri

Vəzifə öhdəlikləri:

- Sifariş və xidmət tələbnamələri qəbulu və qeydiyyatı;
- Sifariş edilən məhsulların stok və alternativlərinin mövcudluğunu yoxlamaq;
- Sifariş tələbnamələri üzrə təchizatçı şirkədən qiymət təklifləri (RFI/ RFP/ RFQ) almaq, çatdırılma və digər şərtlərlə bağlı danışıqlar aparmaq;
- Seçilmiş təklif əsasında Alış Sifarişi (PO) yaratmaq, təsdiq etmək və müvafiq sənədlərlə birlikdə Maliyyə şöbəsinə təqdim etmək;
- Hesab faktura (Invoice) ilə Satınalma Sifarişini (PO) üzləşdirmək və çatışmazlıqların aradan qaldırılmaq;
- Nağd vəsait olaraq təcili alışlar və xidmətlər üçün ayrılmış məbləğin istifadəyə uyğun hesabatını Maliyyə şöbəsinə təqdim etmək;

Tələblər:

- MS Office paketi , 1C proqramlarında işləmək bacarığı üstünlükdür;
- Təchizat planlanması prosesini və müqavilələrin hazırlanmasını bilmək;
- Logistika və satınalma qaydalarını bilmək;

Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Qanunvericliyin tələb etdiyi formada işəqəbul olunma, şirkət tərəfindən nahar və danışıq limiti ilə təmin olunma.

Müraciət qaydaları:

CV-nizi Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını - “Təchizatçı” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar. Son müraciət tarixi 03.12.2020