Elektrik

Vəzifə öhdəlikləri:

• Elektrik təchizatı ilə əlaqədar cari işlərin icrası. Bu işlərə lampaların, köhnə elektrik naqillərinin dəyişilməsi, elektrik cihazlarının və qurğularının şəbəkəyə qoşulması kimi işlər aiddir.
• Bankın, Azərbaycanın müxtəlif şəhərlərində və regionlarında yerləşən yeni filiallarında və binalarında elektrik xəttlərinin çəkilməsi.
• İş prosesinin effektivliyini yüksəltmək məqsədi ilə zəruri məsləhətləşmələrin aparılması.
• Bankdakı elektrik cihazlarından və qurğularından istifadə qaydaları və minimal təhlükəsizlik tələbləri ilə tanışlıq məqsədi ilə bankın işçi heyəti üçün zəruri təlimatların keçirilməsi.

Tələblər:

• Elektrik ixtisası üzrə xüsusi texniki təhsil, ən azı 3-cü elektrik dərəcəsi və ya səlahiyyətli təşkilatlarda attestasiya;
• Ən azı 2 il müddətində ixtisas üzrə zəruri iş təcrübəsi;
• Avtomatika sisteminin ümumi anlayışı;
• Elektrik şitlərinin avtomatikasının yığılması;
• Generatorların servisi;
• Ümumi elektrik xətlərinin yığılması;
• Montaj - demontaj işləri;
• UPS servisi;
• Stabelizatorların yığılması;
• Generatorların AVR sisteminin qoşulması;
• Azərbaycanın regionlarına səfər etmək imkanı.

Maraqlanan şəxslər öz CV formalarını Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.