Veb Fotoqraf

Sinteks Şirkətlər qrupuna hal hazırda Veb Fotoqraf tələb olunur.

İşin rolu:

Bu rol fotosessiyaların keçirilməsinə və məhsulların keyfiyyətli foto şəkillərinin təqdim edilməsindən ibarətdir.

Vəzifə öhdəlikləri:

• Fotosessiyalar üçün lazımi avadanlıqları quraşdırmaq
• Məhsulların fotossesiyasını aparmaq
• Fotosessiyaları markaların və beynəlxalq standartların prinsiplərinə uyğun olaraq aparmaq
• Hazır şəkilləri düzgün formatda təqdim etmək
• Məhsulların barkodlarını skan etmək
• Foto şəkilləri düzgün çeşidləmək
• Peşəkar avadanlıqları monitorinq etmək, nasazlıqlar və mövcud risklər barədə rəhbərliyi məlumatlandırmaq

Əsas tələblər:

Təhsil:

• Müvafiq sertifikatlar arzuolunandır

Təcrübə:

• Fotosessiya layihələrində və ya digər əlaqəli sahədə ən az 2 il təcrübə
• Pərakəndə sektorunda müvafiq təcrübə arzuolunandır
• Fotosessiyalarda modellərin görünüşünü yaratmaq
• Foto studiya avadanlığı ilə işləmə təcrübəsi

Professional Biliklər:

• Azərbaycan dilini mükəmməl bilmək, Rus dili arzuolunandır
• Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək
• Fotossesiya prossesi barədə mükəmməl biliklər
• Dünya brendləri və moda haqqında məlumat
• Photoshop və Adobe Creative Suite bilikləri

Professional Bacarıq və Kompetensiyalar:

• Təşəbbüskarlıq
• Təzyiq altında işləmək
• Nəticə yönümlülük
• Yaradıcılıq
• Zamanın idarəolunması

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-mailına, mövzu hissəsində “Veb Fotoqraf” qeyd edib göndərilməsi xahiş olunur.