Operator
- Ətraflı
- Yaradılıb 13.10.2020 10:31
- Yenilənib 13.10.2020 10:31
- Nəşr edilib 13.10.2020 10:31
- Sinteks MMC
- Baxış sayı: 254
İşin rolu:
İşin əsas rolu daxil olan zəngləri idarə etmək, ümümi mağazanın kargüzarlıq işlərini aparmaq, satışın təşkilinə dəstək vermək, onlayn sifarişləri hazırlamaq və satışı təşkil etməkdir.
Vəzifə öhdəlikləri:
• Daxili və xarici zənglərə cavab vermək və müvafiq olaraq yönləndirmək
• Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək, məlumatları aydınlaşdırmaq və sifarişləri götürmək
• Onlayn mağazadan olunan sifarişlərin qəbulu, yönləndirilməsi. qablaşdırılması və sifariş olunan məhsulların kuryer xidmətini təşkil etmək
• Onlayn satışın keyfiyyətinin monitorinqi
• Qaytarılmış malların qəbulu və müvafiq şöbəyə təhvilini həyata keçirmək.
• Şöbələrdən qüsurlu mallar haqqında məlumatları toplamaq, onlayn mağazadan çıxarılmasını təmin etmək və qaytarılmasına nəzarət etmək
• Şöbələrdən müştərilərə olunan gündəlik zəngləri sistemə daxil etmək
• Satışların planlaşdırılmasını sistemə daxil etmək.
• Mağaza daxili reklam çarxlarına nəzarət etmək
• Müştərilərin şikayətlərini qeydə almaq, müvafiq şöbəyə yönləndirmək və nəticəni qeyd etmək.
• Mağazalarda təqdim olunan marka və məhsullar barədə məlumat
Əsas tələblər:
İxtisas / Təhsil:
• Ali Təhsil
Təcrübə:
• Pərakəndə satış sahəsindəki hər hansı bir təcrübə arzu olunandır
Bilik və bacarıqlar:
• Azərbaycan və rus dillərini səlis bilmək, İngilis dili arzuolunandır
• Telefon Ünsiyyəti Tətbiqləri barədə məlumat
Kompetensiyalar:
• Müştəri xidməti
• Aktiv dinləmə
• Ünsiyyət
• Stress tolerantlığı
• Uyğunlaşma
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-mailına, mövzu hissəsində “Operator” qeyd edib göndərilməsi xahiş olunur.