Hüquqşünas
- Ətraflı
- Yaradılıb 26.10.2016 11:18
- Yenilənib 26.10.2016 11:18
- Nəşr edilib 26.10.2016 11:18
- “Bakı Hüquq Mərkəzi” MMC
- Baxış sayı: 1675
“Bakı Hüquq Mərkəzi” MMC peşəkar komandasına Hüquqşünas vəzifəsinə işçi qəbulunu elan edir.
Əsas vəzifə və öhdəlikləri:
• Müqavilələrin, memorandumların, məktubların və digər hüquqi xarakterli sənədlərin tərtibi;
• Hüquqi məsələlərə dair danışıqlarda və görüşlərdə iştirak;
• Müştərilərin fəaliyyəti ilə bağlı məsələlərə dair hüquqi rəylərin hazırlanması;
• İşlərin Şirkətin digər hüquqşünasları ilə koordinasiyası;
• Partnyorlar tərəfindən vaxtaşırı verilən digər tapşırıqların icrası.
Tələb olunan bilik və bacarıqlar:
• Hüquq üzrə bakalavr dərəcəsi (maqistr dərəcəsi olanlara üstünlük veriləcək);
• Hüquqşünas vəzifəsində ən azı 1 illik iş təcrübəsi;
• Mülki, müqavilə, əmək və kommersiya hüququnu bilmək;
• Azərbaycan və İngilis dilində sərbəst ünsiyyət qurmaq bacarığı;
• Stress altında işləmək;
• Kompüterdə (Outlook, MS Word) sərbəst işləmək;
• Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.
Maraqlı namizədlərdən xahiş olunur ki, öz CV-lərini 30 noyabr 2016-cı il tarixinədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərsinlər.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.