Hesabatlıq şöbəsinə mütəxəssis

DəmirBank” ASC Maliyyə Nəzarəti Departamentində Hesabatlıq şöbəsinə mütəxəssis vəzifəsinə işəqəbul elan edir.
27 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşlarımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• Beynəlxalq Mühasibat Uçotu Standartlarına (BMUS) uyğun rüblük, yarimillik və illik maliyyə hesabatlarının hazırlanması;
• Kənar audit şirkəti tərəfindən aparılacaq audit üçün tələb olunan məlumatlar ilə bağlı məlumat bazasının yaradılması;
• Kənar audit şirkəti tərəfindən maliyyə hesabatlarına dair verilən tövsiyyələrin və düzəlişlərin təhlil edilməsi, əsas fərqlər və bu fərqlərin Bankın Maliyyə siyasətinə uyğunluğuna dair hesabatın təqdim edilməsi;
• Daxili audit və BMUS tələblərinə uyğun maliyyə hesabatlarının tərtib və təqdim edilməsi prosedurlarının yaradılması və daim yenilənməsinin təmin edilməsi;
• İİS hesabatlarının  yaradılması və mütəmadi təqdimatının təmin edilməsi;
• Maliyyə hesabatlarının tərtibi üçün tələb olunan sənədlərin maliyyə siyasəti və daxili audit tələblərinə uyğunluğuna nəzarət edilməsi.

Namizədə qarşı tələblər:

• Ali təhsil (maliyyə, mühasibat və ya iqtisadiyyat üzrə);
• Maliyyə istiqamətində beynəlxalq sertifikatlara sahib olmaq (üstünlükdür);
• Sözügedən sahədə ən azı 1 illik iş təcrübəsinə malik olmaq;
• Elektron maliyyə proqramları üzrə bilik və işlətmə bacarığına sahib olmaq;
• Yüksək səviyyədə riyazi və texniki bacarıqlara sahib olmaq;
• Analitik düşünmə qabiliyyətinə sahib olmaq;
• Azərbaycan və inglis dili üzrə mükəmməl biliklər, rus dilləri bilənlərə üstünlük veriləcək;
• Microsoft Office proqramlarında işləmə qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 26 sentyabr 2016-cı il tarixinədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Maliyyə Nəzarəti Departamentində Hesabatlıq şöbəsi - mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.