Baş Mühasib
- Ətraflı
- Yaradılıb 16.09.2016 10:41
- Yenilənib 16.09.2016 10:41
- Nəşr edilib 16.09.2016 10:41
- AZM Trading MMC
- Baxış sayı: 1686
Vəzifəyə tələblər:
- Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
- Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi, Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət etmək;
- Müəssisədə istehsal prosesinin aparılmasını təşkilini təmin etmək;
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(əla), İngilis dili(arzuolunandır)
- Ali iqtisadi təhsil;
- Baş mühasib kimi ən az 3 il iş təcrübəsi;
- Beynəlxalq mühasibatlıq bilgiləri;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
- MS Office proqramlarını bilməli (mükəmməl Excel bilikləri) ;
- 1C mühasibatlıq-maliyyə modulu ilə yüksək səviyyədə çalışa bilməlidir;
- Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı.
- Fərdi və kollektivdə işləmə qabiliyyəti
- Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
• CV Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Baş Mühasib ” qeyd olunmalıdır;
• CV-lər 16 Oktyabr, 2016-ci il tarixinə qədər göndərilməlidir.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.