Merçendayzer

Şirkətin adı: Unibank KB

Yerləşmə: Bakı

Sektor: Maliyyə və kredit /Bank

Vəzifə: Merçendayzer

Müqavilə şərtləri: Daimi
 
Bank haqqında
 
Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.

Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik.  Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.

Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank,  bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır. 
 
Başlıca öhdəliklər və məsuliyyətlər
 
•  Təyin edilmiş ticarət məntəqələrinə verilmiş plana əsasən getmək;
•  Ticarət məntəqələrində reklam vəsaitlərinin standartlara uyğun yerləşdirilməsini təşkil etmək və yeniləmək;
•  Bankın məhsul və xidmətləri barədə lazımı strukturlara məlumat vermək məlumat vermək;
•  Ticarət məntəqələrində mütəmadi monitorinqləri həyata keçirmək;
•  Gündəlik fəaliyyət hesabatlarını rəhbərliyə təqdim etmək.
 
Namizədin Profili
 
• Ali təhsil;
• Yaş həddi 22 – 28;
• Qeyd olunan sahə üzrə ən azı 1 il iş təcrübəsi;
• Sərbəst Azərbaycan dili bilikləri (Rus dili biliyi olanlara üstünlük veriləcək);
• MS Excel proqramında sərbəst işləmək bacarığı;
• MS Word proqramı üzrə baza biliklər;
• Stress və aktiv iş şəraitində işləmək bacarığı;
• Ünsiyyət qurma bacarığı;
• Müştəri yönümlülük;
• Ezamiyyətlə bağlı problemləri olmayan (rayonlar);
• Hərbi xidmət keçmiş və ya möhlət hüququ olanlar.
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə 06.10.2016-cı il tarixinədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Merçendayzer) göstərməyiniz xahiş olunur.