Qəbul Katibəsi

Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.

Hazırda şirkətimizə müddətli müqavilə əsasında Qəbul Katibəsi vəzifəsinə namizəd axtarılır.

Tələblər:

• Orta peşə ixtisas və ya Ali təhsil
• 1 il iş təcrübəsi
• Dil bilikləri: İngilis dili (orta) və əlavə olaraq Rus dili arzu olunandır
• MS Office programlarından istifadə bacarığı

Tələb olunan kompetensiyalar:

• Müştəriyönümlülük
• Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
• Bütövlük
• Yenilikçilik

Vəzifə və Öhdəliklər:

• Şirkətə gələn ziyarətçi və qonaqları salamlayır, onlara yardım edir və yönləndirir
• Daxil olan bütün telefon zənglərini müvafiq qaydada qəbul edir, yönləndirir, tələb olunduqda qeydlər aparır və aidiyyati şəxslərə çatdırır
• Kargüzarlıq işlərinin, sənədlərin və kompüter vasitəsilə göndərilən məlumatların təşkil edilməsi və saxlanılması
• Şirkət tərəfindən bağlandığı müqavilələrin, razılaşmaların və sair əqdlərin, habelə digər hüquqi sənədlərin şirkətin kargüzarlığı üzrə ümumi elektron bazasına daxil edilməsi və həmin sənədlərin saxlanması üçün müvafiq tədbirlərin görülməsi
• Şirkətin tərəfindən təqdim edilən mobil nömrələrin qeydiyyatı,sifarişi, işçilərə təhvili
• Şirkətə daxil olan məktubların qeyd edilməsi və həmin məktubların surətlərinin əlaqəli işçiyə verilməsi
• Şirkətdən gedən bütün rəsmi məktubların qeydiyyatının aparılması və müvafiq ünvanlara göndərilməsi

Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərməyiniz xahiş olunur.

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.

Ünvan: M.Müşfiq küç.1C, Pullman otel, 5-ci mərtəbə, AZ 1138, Bakı, Azərbaycan.
Tel.: +99412 310 1010.