Talant Mərkəzi Koordinatoru

Vakansiya: Talant Mərkəzi Koordinatoru

İşin təsviri:

- Vakansiya elanlarının yerləşdirilməsi, elanların müddətinə və vakansiyaların aktiv olmasına nəzarət
- İş üçün müraciət edən namizədlərlə müsahibələrin təşkili
- Namizədlər barədə rəy toplamaq
- Yeni işçilər üçün sənədləşmə prosesinin təşkili
- Talant Mərkəzi ilə şirkətlər arasında koordinasiyası
- Karyera inkişafı ilə bağlı təlimlərin planlanması
- Məzunlarla karyera yönümlü görüşlərin təşkili
- Tədbirlərin və buraxılış layihələrinin təşkili

Görmək istədiyimiz bilik və bacarıqlar:

- Minimum 2 il iş təcrübəsi
- Əmək Məcəlləsi və işəgötürmə prosesi ilə bağlı təcrübə mütləqdir
- Bakalavr dərəcəsində ali təhsil
- Güclü ünsiyyət qabiliyyətinin olması
- Güclü təqdimat bacarığının olması
- Administrativ bacarıqların olması
- Email etiketini bilmək
- Güclü analiz və araşdırma qabiliyyəti
- Komandada işləmə bacarığı
- Azərbaycan dilində əla, ingilis dilində yaxşı yazı və danışıq qabiliyyətinin olması, orta səviyyədə rus dili bilməsi
- MS Office proqramlarında işləmə bacarığı, xüsusən də yaxşı Excel bilikləri
- IT sektorunda işləməyə maraqlı və həvəsli olmaq

Vəd etdiklərimiz:

- Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
- Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
- Kompüter, mobil telefon və korporativ nömrə şirkət tərəfindən verilir.

Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına başlıqda vəzifənin adı olmaqla öz rezümelərini, onlar haqqında rəy bildirəcək 2 nəfərin əlaqə vasitələrini (email və telefon nömrəsi) göndərsinlər. Uyğun namizədlər ilk öncə test ediləcək, testi uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Ümumi məlumat üçün bizə müraciət edin: Nizami küç. 203B, AF Business House, 2-ci mərtəbə.

Tel.: +99412 310 0113 / +99450 444 2633.