Tələbələrlə iş üzrə Koordinator

Vakansiya: Tələbələrlə iş üzrə Koordinator

İşin təsviri:

• Tədris qruplarının başlamasının/bitməsinin təşkili
• Tələbə məmnunluğu sorğularının təşkili, analizi və problemlər üzərində iş
• Tələbələrin dərsə davamiyyətinə nəzarət və davamiyyət problemləri olan tələbələrin valideynləri ilə danışıq
• Müəllimlərin müraciətinə əsasən tələbələrlə görüş
• Tələbələrin fərdi müraciətlərinə baxmaq və problemləri üzərində işləmək.
• Qrup dəyişimlərinin təşkili
• Tələbələrin xitam müraciətlərinə baxış
• Tələbələr üçün əlavə məşğələ saatlarının təşkili
• Rəy və arayış müraciətlərinin cavablandırılmasının təşkili
• Tədrislərə Mentor (müəllim köməkçisi) seçimləri
• Mentorların fəaliyyətinə nəzarət, aylıq hesabatların toplanması, mentor iclaslarının təşkili
• Final layihə təqdimatlarının təşkili, nəticələrin müəllimlərdən toplanması
• Zəmanətli təhsilə yazılmaq istəyən tələbələrin qeydiyyatının aparılması

Görmək istədiyimiz bilik və bacarıqlar:

- Tələbələrlə iş üzrə minimum 1 il təcrübə
- 25-35 yaş aralığında namizədlər
- İnsanlarla ünsiyyətin psixologiyasını və prinsiplərini yaxşı bilmək, insanları analiz edib tanıma bacarığı
- Görüşlərin təşkili, danışıqların aparılması üzrə bacarıqlar
- Valideynlərlə işləməyi bacarmaq
- Tələbələrə fərdi yanaşma bacarığı
- Aktiv dinləmə bacarıqları
- Komanda şəklində işləmək qabiliyyəti
- Güclü analitik düşünmə qabiliyyəti
- Konfliktləri, problemləri həlletmə və operativlik bacarığı
- Dinamik, təşəbbüskar və nəticəyəyönümlü olmaq
- Səbrli olmaq, nəzarətsiz və stres altında işləməyi bacarmaq
- Motivasiya etmə bacarığı
- Əlaqələr qurma bacarığı
- Yeni proyektlər və ideyalar verə bilmək, mövcud layihələri inkişaf etdirmək
- Müsahibələr keçirmə bacarığı
- Təqdimat bacarığı
- Azərbaycan dilini səlis, rus və ingilis dilini orta səviyyədə bilmək
- Ofis proqramlarında yaxşı işləmə bacarığı

Vəd etdiklərimiz:

- Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
- Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
- Code Academy daxilindəki bütün dərslərə giriş imkanı
- Kompyuter, mobil telefon və korporativ nömrə şirkət tərəfindən verilir.
- Tibbi sığorta təminatı

Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına başlıqda vəzifənin adı olmaqla öz rezümelərini, onlar haqqında rəy bildirəcək 2 nəfərin əlaqə vasitələrini (email və telefon nömrəsi) göndərsinlər. Uyğun namizədlər ilk öncə test ediləcək, testi uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Ümumi məlumat üçün bizə müraciət edin: Nizami küç. 203B, AF Business House, 2-ci mərtəbə.

Tel.: +99412 310 0113 / +99450 444 2633.