Sosial Media İdarəetməsi

Sosial Media İdarəetməsi (SMM - Social Media Management) sahəsində təcrübəli, bacarıqlı gənc və dinamik şəxslər axtarılır.

İş barədə məlumat:

- Brendin və brendin adı altında təqdim olunan məhsulların SMM strategiyasının hazırlanması və həyata keçirilməsi
- Mövzuya uyğun olaraq yüksək keyfiyyətdə cəlbedici kontentin (mətn, foto, video) hazırlanması və ya seçilib sosial mediada yerləşdirilməsi
- Gündəlik şərhlərin və mesajların vaxtında cavablandırılması
- Həftəlik, aylıq kontent planlama işlərinin hazırlanması
- Sosial media kanalları vasitəsilə internet izləyicilərinin və müştərilərin cəlb edilməsi və onlayn aktivliyin təşkil edilməsi
- İnstagram, Facebook kanalının idarə edilməsi
- Aylıq hesabatların verilməsi
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi
- Əmək haqqı: performansa görə artan
- İş qrafiki: Həftədə 5 gün
- İş saatları: qarşılıqlı anlaşmaya əsasən hər iki tərəfə uyğun şəkildə

Namizəddən tələb olunan özəlliklər:

- İş təcrübəsi: Arzu olunandır
- Yaşı: 21-35 arası
- Azərbaycan dilində qrammatik formada tam səlis danışmaq və yazmaq (Rus və İngilis dilini bilmək üstünlükdür)
- Kreativ yanaşmaya sahib olmaq
- Araşdırma qabiliyyətinə sahib olmaq
- Məsuliyyətli, daim inkişafa meylli, yeniliklərə açıq olmaq və komanda ilə işləmək bacarığı
- Adobe XD, İllustrator, Photoshop və s. tipli qrafik dizayn proqramlarında işləmək bacarığı
- Kreativlik
- Punktuallıq

İşə götürən yeni şirkətdir və işçi proqnozları doğruldacağı və özünü isbat edəcəyi təqdirdə aylıq məvacib artımı vəd olunur.

Ehmed Recebli 1963, Narimanov.

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Əlaqə: 050 201 0898 , 012 465 1305