Satınalma Departamentinin Direktoru

Woodpecker MMC – Satınalma Departamentinin Direktoru

Şirkətimiz barəsində: 1994-cü ildən faəliyyət göstərən, müştərilərinə mebel və ev avadanlıqları satışı ilə məşğul olan yerli şirkət. Məqsədimiz qarşıdakı 3 il ərzində müasir standartlara uyğun korporativ şirkət qurmaq və bu yeni inkişaf strategiyası bəlirləməkdir.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Şirkətin satınalma sisteminin qurulması,
• Yerli satınalma fəaliyyətinə nəzarət etmək,
• Xarici satınalma fəaliyyətinin icrası və nəzarəti,
• Şirkətə edilən alışların optimal olmasına təmin etmək,
• Anbarlarda mal stokunun, alışların optimallaşdırılması,
• Şirkətin satınalma, anbar (stok) fəaliyyətlərinin optimal olmasını təmin etmək,
• Satınalma funksiyasına uyğun digər öhdəliklər.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

Təcrübə və Texniki bacarıqlar:
• Bazar araşdırması və analizi texnikalar
• Satınalma texnikaları baradə biliklər
• Xarici dil bilikləri: İngilis dilini C1-C2, Rus dili ən az B2 səviyyədə bilmək
• Texnolojik məlumatlılıq (yeni texnologiyalara sürətli adaptasiya)
• Planlama qabiliyyəti (tələbin planlanması)
• CİPS sertifikasiyasının olması üstünlükdür.

Emosional bacarıqlar və vərdişlər:

• Detallara diqqətli olmaq
• Müzakirə və inandırma qabiliyyəti
• Kritik düşünmə və təhlil
• Problemlərə həll edici yanaşma
• Yeniliyə açıqlıq,yaradıcılıq
• Analitik düşünmə

İŞ ŞƏRTLƏRİ VƏ İMKANLARI BARƏSİNDƏ:

• Əmək haqqı razılaşma ilə təyin ediləcək, əmək haqqı və ümumi əmək münasibətləri tam rəsmi olacaq.
• İş yeri: Əhməd Rəcəbli, Woodpecker mağazasının 2ci mərtəbəsi.
• İş günlərinin sayı 5 gün, ilkin etapda əlavə iş yükü ola bilər.

Müraciətinizi e-mail ünvanına göndərin (mövzu yerində vakansiya adı qeyd edilməklə): Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.