Təchizat üzrə menecer
- Ətraflı
- Yaradılıb 29.07.2020 18:00
- Yenilənib 29.07.2020 18:00
- Nəşr edilib 29.07.2020 18:00
- Yalama Aqropark MMC
- Baxış sayı: 314
Xaçmaz Rayonu Yalama qəsəbəsində 523 ha ərazidə ABŞ, İsveç, İtaliya, Almaniya və Türkiyə istehsalı olan texnika və avadanlıqlarla təmin olunmuş, müasir suvarma sistemi ilə növbəlilik əsasında əkin işlərinini , damazlıq heyvandarlığı, yem və süd istehsalını özündə birləşdirən ölkənin ən böyük Aqroparkı olan “Yalama Aqropark” MMC “Təchizat üzrə menecer” vakansiyasını elan edir. (Yaşayış yeri və gündəlik qidalanma şirkət tərəfindən təmin edilir)
Əmək funksiyaları:
İstehsalat üçün xammal və avadanlıqların alışı;
Yeni təchizatçıların axtarışı (tender üsulu ilə);
Təchizatçılarla (yerli və xarici) müqavilələrin bağlanması;
Müqavilənin icrasına aid olan bütün sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlər paketinin təqdim olunması);
Malların anbara vaxtlı-vaxtında çatdırılmasına nəzarət edilməsi;
Yeni alışların təsdiq olunması üçün laboratoriyaya hər hansı malın bir neçə nümunəsinin təqdim edilməsi;
Alınmış malların qeydiyyatının 1C proqramında aparılması;
İstehsal üçün lazım olan müəssisənin daimi maddi-texniki resurslarla təminatının hazırlanmasında iştirak edir;
Tədarükçülərin axtarışını həyata keçirir;
İstehsalat ehtiyyatlarının hazırlanması;
Resurslara qənaət işlərinin aparılması;
Tədarükçülər ilə müqavilələrin bağlanması və müqavilə şərtlərinə əməl edilməsinə nəzarət etmək və s.;
Qiymət araşdırması;
Tələblər:
Ali təhsil (maliyyə, iqtisadiyyat, texniki)
Təchizat, satınalma sahəsində minimum 3 il iş təcrübəsi
MS Office – Excel və 1C proqramlarını yaxşı bilməli
Azərbaycan dili, İngilis dili, Rus dili əla səviyyədə bilmək
Təchizat prosesini mükəmməl şəkildə bilmək
Təchizat müqavilələrin hazırlanmasını bilmək
Tender prosesini bilmək
Logistika qaydalarını və prosedurlarını bilmək
Beynəlxalq satınalma qaydalarını bilmək
Təchizat planlanması prosesini bilmək
İş qrafiki
09:00-18:00 ( beşgünlük iş həftəsi)
Maraqlanan şəxslər cv-lərini Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına mövzu yerində “Təchizat üzrə menecer” qeyd etməklə göndərə bilərlər.