Satış Məsləhətçisi

Şirkət: “VMF” Şirkəti

Vəzifə: Satış Məsləhətçisi

İş yeri: Bakı (hər hansı VMF salonu)

Tələb olunan namizədlərin sayı: 15 nəfər

İş qrafiki: 6 günlük

Əmək haqqı: Satışdan Bonus

1. Vəzifələri:

• Baş satıcı və ya digər satış məsləhətçisi salonda olmayan zaman təyin edilmiş satış məsləhətçisi birincinin vəzifəsini icra edir.
• Şirkətin əsasnamələrini, vəzifə təlimatlarını, müqavilələrini, ümumi və ezamiyyət əmrlərini və hüquqi sənədlərinə riayyət etmək.
• Baş satıcısı olmadıqda təyin edilmiş satış məsləhətçisi salonun vaxtında açılıb bağlanmasına nəzarət etmək.
• Salonda Baş satıcısı olmadıqda salonda olan bütün əmlaka və mallara cavabdehlik daşımaq və məhsulun  təhlükəsizliyini təmin etmək.
• Salonda Baş satıcısı olmadıqda təyin edilmiş satış məsləhətçisi salonda olan yazı işlərini şəxsən aparmaq.
• Salonda Baş satıcısı olmadıqda təyin edilmiş satış məsləhətçisi salonda olan işçilərin ümumi işinə nəzarət etmək.
• Salonda və vitrinlərdə olan təmizliyə nəzarət etmək.
• Salon Baş satıcısı olmadıqda təyin edilmiş satış məsləhətçisi salonda mal azalan kimi bu barədə müdirə məlumat vermək və salona lazım olan malların yazılı sifarişini etmək.
• Salon Baş satıcısı olmadıqda təyin edilmiş satış məsləhətçisi salon bağlanan zaman siqnalizasiya sisteminin qoşulmasına şəxsən nəzarət etmək.
• Salonda müştərilərlə baş verən mübahisələr, anlaşılmazlıqlar, həmçinin müştərilərin narazılıqları barəsində təcili Baş satıcıya, o olmadıqda, Şirkətin hüquqşünasına yazılı məlumat vermək,
• Narazılığını bildirən müştəri ilə Şirkətin hüquqşünasının icazəsi olmadan danışıqlar aparmamaq və müştərilərin sosial şəbəkələrdə yazdıqları şərhləri cavablandırmamaq,
• Narazılığını bildirən müştəriyə Şirkətin qaynar xəttinə müraciət etməsini təklif etmək.
• Müxtəlif yoxlamalara görə Salona gələn müfəttişlər haqqında rəhbərliyə məlumat vermək.
• Salonda Baş satıcısı olmadıqda təyin edilmiş satış məsləhətçisi salonda geyilməsi nəzərdə tutulan xüsusi geyimə nəzarət etmək.
• Salonda Baş satıcısı olmadıqda təyin edilmiş satış məsləhətçisi salonda baş verən bütün hadisələr barəsində təcili Baş satıcıya, o olmadıqda, Baş direktorun müavininə yazılı məlumat vermək.
• Təsdiqlənmiş  qrafik əsasında vaxtında iş başında olmalıdır
• Ticarət Şirkətlərində vitrindəki mallar səliqə ilə yerləşdirməli və vitrində boş yerin olmasına yol verilməməlidir.
• Müştəri salona daxil olan kimi ayağa qalxmaq və məhsulun seçimində Müştərilərə yardım etmək. Müştərilərlə mədəni rəftar etmək və saatlar barəsində lazımı informasiya vermək.
• Məhsulu qəbul etməli və yerləşdirmək.
• Saat brendlərini təqdim edərkən əlcəkdən istifadə etmək.
• Təsdiq olunmuş qiymət kağızlarını məhsulların üzərinə yerləşdirmək. Satış məsləhətçisi Salonda hər malın üzərində qiymət kağızının olmasına və düzgün yerləşməsinə məsuliyyət daşıyır.
• Məhsulların inventarizasiyasında iştirak etmək.
• Satılan məhsulla görə müştəriyə kassa qəbzi təqdim etmək
• Satış məsləhətçisi Səliqəli, təmiz geyimdə və gülərüz olmalıdır. İşdə nəzərdə tutulmuş xüsusi geyim qaydalarına, tanıtım nişanlarının üzərində qeydlərə, salonda və vitrinlərdə olan təmizliyə, səliqə-səhmanın pozulmamasına nəzarət etməlidir.
• İcazəsiz işdən qalmamaq, işə gecikməmək və iş yerini  tərk etməmək.
• İşə içkili vəziyyətdə gəlməmək və işdə spirtli içki qəbul etməmək.
• Videomüşahidə kameralarının fəaliyyətinə əngəl yaratmamaq.
• İş vaxtı sosial şəbəkələrə, internetə girməməli, şəxsi məqsədləri üçün mobil və stasionar telefonlardan istifadə etməmək.
• Təhvil aldığı malı nəzərdən keçirmək, onun üzərində barkodun olub-olmamasını yoxlamaq (satış üçün verilən maldırsa üzərində barkod olmadıqda qəbul etməmək), sənəddə yazılan ölçü vahidinə, miqdara tam uyğunluq olduqda sənədi imzalamaq.
• Malı qəbul edərkən ümumi görünüşündə (paketdə və ya malın özündə) qüsurlar aşkar edərsə, bu faktla əlaqədar rəhbərliyə yazılı məlumat vermək;
• Şirkətə müştərilərdən daxil olan şikayət və arzularla bağlı onlara cavabların hazırlanmasında iştirak etmək;
• Cari məsələləri həll etməyi bacarmaq.
• Vəzifələrini keyfiyyətlə yerinə yetirmək üçün rəhbərlik tərəfindən keçirilən təlimlərdə və ixtisasartırma kurslarında iştirak etmək.
• Satışların artırılması və  müştərilərə keyfiyyətli xidmətlərin  göstərilməsi ilə bağlı təkliflər vermək.
• Məhsullarıının illik satış planının hazırlanmasına dair təkliflər vermək.
• Mütəmadi olaraq, saat haqqında məlumatlar toplamaq və attestasiyanın suallarını öyrənmək,
• Müştəriyə saat təqdim edərkən əlcəkdən istifadə etmək,
• Yaxa nişanından mütləq istifadə etmək,
• Xüsusi ayrılmış geyim formasında olmaq,
• Həvalə olunmuş digər vəzifələri öz səlahiyyətləri çərçivəsində yerinə yetirmək.

2. Vəzifə tələbləri:

2.1 İş stajı: Minimum 0-1 il, Satış üzrə
2.2 Dil biliyi: Azərbaycan, Rus, İngilis (Arzu olunandır)
2.3 Müştərilərlə münasibətlərin qurulması bacarıqları
2.4 Gülər üz xanım və kişilər
2.5 Komandada işləmə bacarığı
2.6 Stresə davamlı
2.7 Sosial tədbirlərdə aktiv
2.8 Punktual

Müracət və seçim qaydaları:

Maraqlananlar müraciət formalarını CV (resume)  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərə bilərlər.
Uyğun namizədlər seçilərək təlimə dəvət ediləcək və saatlar, brendlər, funksiyaları haqqında təlimlər keçiriləcəkdir. Təlim müddəti 4 gündür. Təlim bitdikdən sonra işlə təmin olunacaqlar.

Email göndərərkən Mövzu (Satış məsləhətçisi) qrafasında müraciət olunan vakansiyanı qeyd edən namizədlər nəzərə alınacaq.
Əks halda ərizəniz natamam kimi qimyətləndiriləcək və baxılmayacaq.